Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
16.11.2022 / Bölgə xəbərləri

Ağstafada maarifləndirmə tədbiri keçirilib

Noyabrın 15-də Ağstafa rayon Köçəsgər kənd 2 saylı tam orta məktəbində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Tovuz bölgəsi üzrə şöbəsi, Ağstafa Rayon Polis Şöbəsi (RPŞ), rayon Təhsil Sektoru, eləcə də Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə "Dini radikalizm, zərərli vərdişlər və onlara qarşı mübarizə yolları" mövzusunda tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Tovuz bölgəsi üzrə şöbəsinin müdiri Rasim Tağıyev, Ağstafa RPŞ-nin rəisi Vüqar Xəlilov, digər təşkilatçı qurumların nümayəndələri, müəllim və şagirdlər iştirak ediblər.

Çıxışlarda mövzunun aktuallığına toxunularaq ölkəmizdə dini radikalizmə, eləcə də zərərli vərdişlərə qarşı aparılan mübarizə tədbirlərindən danışılıb. Bu istiqamətdə maarifləndirmə işlərinin həyata keçirilməsinin zəruriliyi diqqətə çatdırılıb.