Ağstafa rayonunda yerləşən hərbi hissədə maarifləndirmə tədbiri keçirilib
Mayın 15-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Tovuz bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Ağstafa rayonunda yerləşən N saylı hərbi hissədə "Dini ekstremizmlə mübarizə" mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Tovuz bölgəsi üzrə şöbəsinin müdiri Pərvin Zeynalov, şöbənin əməkdaşı Eşqin Allahverənov, din xadimi Şahin İsmayılzadə, zabitlər, həmçinin hərbçilər iştirak ediblər.
Çıxışlarda dini radikalizm, ekstremizm, onların yaranma səbəbləri haqqında danışılıb. Dini radikalizmə qarşı mübarizə məqsədilə keçirilən tədbirlərin və görülən işlərin vacibliyinə toxunulub, cəmiyyətin bu baxımdan maarifləndirilməsinin əhəmiyyəti qeyd edilib.

