Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
13.10.2022 / Bölgə xəbərləri

Ağdaşda "Zəfərə aparan yol: milli və dini həmrəylik” mövzusunda seminar-müşavirə keçirilib

Oktyabrın 13-də  Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Yevlax bölgəsi üzrə şöbəsinin və Ağdaş rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin birgə təşkilatçılığı ilə Ağdaş rayon Mərkəzi Kitabxanasında "Zəfərə aparan yol: milli və dini həmrəylik” mövzusunda seminar-müşavirə keçirilib.

Tədbirdə DQİDK-nin Yevlax  bölgəsi üzrə şöbəsinin əməkdaşı Asif Ədilov, Ağdaş Rayon İcra Hakimiyyəti başçısı Aparatının nümayəndələri – Səbuhi Musayev, Mahir Musayev, rayon Müharibə Əmək və Silahlı Qüvvələr veterenları təşkilatının sədri Elton Hacıyev, Ağdaş Ağsaqqalar Şurasının sədri Rafiq Nəbiyev, rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin kollektivi və ictimaiyyət nümayəndələri  iştirak edib.             

Öncə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxışlarda mövzunun əhəmiyyətindən danışılıb. Ölkəmizdə mövcud olan milli və dini həmrəylikdən bəhs olunub. Qeyd edilib ki, 44 günlkü müharibədə xalqlmız Müzəffər Ali Baş Komandan, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin ətrafında sıx birləşərək torpaqlarımızı işğaldan azad etdi.

Sonda iştirakçıların fikirləri dinlənilib.