Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
28.08.2026 / Bölgə xəbərləri

Ağdaşda "Sülh aylığı" çərçivəsində tədbir keçirilib

Avqustun 27-də Ağdaş rayonunda “Sülh aylığı” çərçivəsində “Dini müxtəliflikdə sülh və birgəyaşayış mədəniyyəti” mövzusunda tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Mərkəzi Aran regional bölməsinin əməkdaşı Asif Ədilov, Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Səbuhi Musayev, ictimaiyyət nümayəndələri, din xadimləri və dini icma sədrləri iştirak ediblər.
Çıxışlarda Azərbaycanın tarixən müxtəlif dini və mədəni ənənələrin dinc yanaşı yaşadığı məkan kimi formalaşdığı diqqətə çatdırılıb. Bildirilib ki, dünyada dini zəmində qarşıdurmaların müşahidə olunduğu bir dövrdə Azərbaycanda formalaşmış tolerantlıq və multikulturalizm mühiti dini müxtəlifliyin birgəyaşayış üçün mühüm dəyərə çevrilməsinin bariz nümunəsidir.
O da diqqətə çatdırılıb ki, ölkəmizdə dini tolerantlığın və konfessiyalararası münasibətlərin daha da möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.
Mövzu ilə bağlı fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.