Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
06.02.2025 / Bölgə xəbərləri

Ağdaşda "Qızların təhsil almasının önəmi: dini qaynaqlar nə deyir” mövzusunda tədbir baş tutub

Fevralın 6-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Yevlax regional bölməsinin və Ağdaş Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin birgə təşkilatçılığı ilə Ağdaş rayonunda "Qızların təhsil almasının önəmi: dini qaynaqlar nə deyir” mövzusunda tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Yevlax  regional bölməsinin əməkdaşı Asif Ədilov, Ağdaş RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Səbuhi Musayev, Ağdaş Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin kollektivi, Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin Ağdaş rayon sektorunun əməkdaşı Taleh Abdullayev, icma sədrləri, din xadimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edənlər qeyd ediblər ki, İslam dininin insanları daim oxumağa, araşdırmağa, təfəkkürə, dəvət etdiyi hər kəsə məlumdur. İlk əmri Oxu!” olan bir dinin öz mənsublarından elmin arxasınca getməyi tələb etməsi qədər təbii bir şey yoxdur. Bunun üçün Qurana və hədislərə müraciət olunduqda elm öyrənmək və elmin arxasınca getməyə dair bir çox dəlil ilə qarşılaşırıq. Qızların təhsili kimi əhəmiyyətli məsələnin həlli cəmiyyətin müxtəlif təbəqələrinin- ailə, məktəb institutlarının, dövlət qurumlarının, habelə din xadimlərinin birgə səyləri ilə mümkündür.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.