Ağdaşda “Milli dəyərlər və müasir ailə modeli: tarixdən günümüzə” mövzusunda tədbir keçirilib
İyulun 17-də Ağdaş rayonunda “Milli dəyərlər və müasir ailə modeli: tarixdən günümüzə” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbir Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Yevlax regional bölməsi, Ağdaş Rayon Heydər Əliyev Mərkəzi və Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin Ağdaş rayonu üzrə gənclər və idman sektorunun birgə təşkilatçılığı ilə baş tutub.
Tədbirdə DQİDK-nın Yevlax regional bölməsinin əməkdaşı Asif Ədilov, İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Səbuhi Musayev, təşkilatçı qurumların əməkdaşları, din xadimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Çıxışlarda milli-mənəvi dəyərlərimizin qorunması, ailə institutunun möhkəmləndirilməsi, gənclərin və ailələrin maarifləndirilməsi istiqamətində görülən işlərdən bəhs olunub. Natiqlər müasir dövrdə ailə dəyərlərinin təbliğində dinin, ictimai institutların və maarifləndirmə tədbirlərinin rolunu vurğulayıblar.
Tədbirin sonunda iştirakçılar arasında fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.


