Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
15.03.2023 / Bölgə xəbərləri

Ağdaşda maarifləndirmə tədbiri keçirilib

Martın 15-də  Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Yevlax bölgəsi üzrə şöbəsi və Ağdaş rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin birgə təşkilatçılığı ilə Ağdaş rayonunda "Xalqımızın tolerantlıq ənənələrinin və multikulturalizm siyasətinin milli həmrəyliyimizin möhkəmlənməsindəki önəmi” mövzusunda tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Yevlax  bölgəsi üzrə şöbəsinin əməkdaşı Asif Ədilov, Ağdaş RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Səbuhi Musayev, Gənclər və İdman İdarəsinin rəisi Azad Gözəlov, Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşları, Azərbaycan Yazıçılar Birliyinin Ağdaş bölməsinin sədri Fəxrəddin Əsəd, dini icma sədrləri, din xadimləri, rayonun fəal gəncləri və  ictimaiyyət nümayəndələri iştirak ediblər.                                                                                                                                                                                               

Çıxışlarda qeyd olunub ki, müxtəlif xalqların və dinlərin nümayəndələri Azərbaycanda sülh və əmin-amanlıq şəraitində yaşayırlar. Vurğulanıb ki, ölkəmiz dünyada tolerantlıq diyarı kimi tanınmaqdadır. Eyni zamanda tolerantlıq ənənələrinin və multikulturalizm siyasətinin milli həmrəyliyimizin möhkəmlənməsindəki önəmindən bəhs olunub.

Sonda iştirakçıların fikirləri dinlənilib və tədbir qarşılıqlı müzakirələrlə  davam edib.