Ağdaşda dini radikalizm və ekstremizmin təhlükələri mövzusu müzakirə olunub
Avqsutun 27-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Yevlax regional bölməsinin və Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin Ağdaş rayon sektorunun birgə təşkilatçılığı ilə Ağdaşda “Sülh aylığı: dini radikalizm və ekstremizmin təhlükələri” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Yevlax regional bölməsinin əməkdaşı Asif Ədilov, RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Səbuhi Musayev, Gənclər və İdman İdarəsinin nümayəndələri, dini icma sədrləri, eləcə də gənclər iştirak ediblər.
Çıxışlarda dini radikalizm və ekstremizmin təhlükələrindən bəhs olunub. Radikal dini qruplaşmalara və qeyri-ənənəvi dini cərəyanlara qarşı mübarizədə maarifləndirmənin və təhsilin vacibliyi qeyd edilib, bu cür tədbirlərin əhəmiyyəti vurğulanıb. Bildirilib ki, Azərbaycanda dini durum sabitdir, milli və dini ayrı-seçkilik halları yaşanmır.
Sonda mövzu ətrafında fikir mübadiləsi aparılıb.



