Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
10.10.2025 / Bölgə xəbərləri

Ağdaşda “Dini müxtəliflik və suverenlik: tolerantlığın hüquqi və sosial əhəmiyyəti” mövzusu müzakirə olunub

Oktyabrın 9-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Yevlax regional bölməsi, Ağdaş Rayon İcra Hakimiyyəti, rayon Heydər Əliyev Mərkəzi və Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Dini müxtəliflik və suverenlik: tolerantlığın hüquqi və sosial əhəmiyyəti” mövzusunda tədbir keçirilib. 

Tədbirdə DQİDK-nın Yevlax regional bölməsinin əməkdaşı Asif Ədilov, İcra Hakimiyyəti başçısının Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri müavini Səbuhi Musayev, təşkilatçı qurumların nümayənədləri və din xadimləri iştirak ediblər.

Çıxışlarda ölkəmizdə dini müxtəlifliyin qorunmasının və təşviqinin əhəmiyyəti, tolerantlığın hüquqi və sosial əsasları, həmçinin suverenliyin möhkəmləndirilməsində dini dözümlülüyün rolu geniş şəkildə vurğulanıb. Qeyd edilib ki, dinlərarası sülh və qarşılıqlı hörmət Azərbaycan cəmiyyətinin inkişafının əsas şərtlərindəndir.