Ağdaşda “Dində sosial ədalət və bərabərlik prinsipləri” mövzusu müzakirə olunub
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Yevlax regional bölməsi və Ağdaş Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin birgə təşkilatçılığı ilə Ağdaş rayonunda “İnsan hüquqları aylığı” çərçivəsində “Dində sosial ədalət və bərabərlik prinsipləri” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Yevlax regional bölməsinin əməkdaşı Asif Ədilov, Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Səbuhi Musayev və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Çıxışlarda mövzunun əhəmiyyətindən danılışıb. Vurğulanıb ki, dinlər fərdlər arasında ayrı-seçkiliyin aradan qaldırılmasını, ehtiyacı olanlara yardım edilməsini və cəmiyyətin bütün üzvlərinin rifahının təmin edilməsini təşviq edir.
Sonda iştirakçılar mövzu üzrə təklif və tövsiyələrini səsləndirib, gələcəkdə bu istiqamətdə maarifləndirmə tədbirlərinin həyata keçirilməsinin vacibliyini qeyd ediblər.



