Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
14.06.2023 / Bölgə xəbərləri

Ağdam və Qobustan rayonlarında “İnsan hüquqları aylığı” çərçivəsində tədbirlər keçirilib

İyun ayının 13-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ağcabədi bölgəsi üzrə şöbəsi və Ağdam Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Ağdam rayon Heydər Əliyev Mərkəzində “İnsan hüquqları aylığı” çərçivəsində “İnsanların inanc azadlığına hörmət hüquqi və mənəvi borcumuzdur” mövzusunda tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Ağcabədi bölgəsi üzrə şöbəsinin müdiri Əlizadə Nəcəfov, Ağdam Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Mehman Mustafayev, Hüquq şöbəsinin müdiri Şirxan Baxşəliyev, Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ağdam Dəstək Mərkəzinin direktoru Yaqut Qəhrəmanova, Ağdam rayon 2 saylı Peşə məktəbinin direktoru Xanım Əliyeva,  Ağdam rayonu Xındırıstan kənd məscidi dini icmasının sədri və imam müavini Mehman Nəsirov, təhsil, mədəniyyət işçiləri və din xadimləri iştirak ediblər.

Çıxışlarda qeyd edilib ki, “İnsan hüquqları aylığı” çərçivəsində keçirilən tədbirlərin məqsədi insan hüquqları sahəsində əldə edilmiş nailiyyətləri, habelə mövcud problemlərin həlli yollarını müəyyənləşdirmək və insan hüquqlarını təmin etməkdir.

***

İyunun 13-də Qobustan şəhər A. Qayıblı adına 3 saylı tam orta məktəbində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DİQDK) Şamaxı bölgəsi üzrə şöbəsinin, Qobustan Rayon İcra Hakimiyyəti və Qobustan rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “İnsanların inanc azadlığına hörmət hüquqi və mənəvi borcumuzdur” mövzusunda tədbir keçirilib.

Tədbirdə Qobustan Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Aftandil Şikarov, Qobustan rayon Gənclər və İdman İdarəsinin rəisi Qadir Əkbərov, DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin əməkdaşı Nahid Babaşov, müəllim və şagirdlər iştirak ediblər.

Çıxışlarda insan hüquqlarının qorunması, hüquq və azadlıqlarının təmin olunması sahəsində atılan mühüm addımlardan danışılıb, insanların inanc azadlıqlarına hörmətin hər bir vətəndaşın hüquqi və mənəvi borcu olduğu qeyd edilib.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.