Ağcabədidə yerləşən hərbi hissədə maarifləndirmə tədbiri keçirilib
Martın 1-də Ağcabədi rayonu ərazisində yerləşən hərbi hissədə “Hərbi qulluqçular arasında vətənpərvərlik ruhunun yüksəldilməsində mənəvi dəyərlərin rolu” mövzusunda tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsinin əməkdaşı Cavid Məlikzadə, Ağcabədi şəhər “Cümə” məscidinin imam müavini Zaur Məmmədov, hərbi hissənin İdeoloji iş və mənəvi-psixoloji təminat üzrə bölmə rəisi, mayor Yalçın Ağayev və hərbi hissənin şəxsi heyəti iştirak ediblər.
Çıxışlarda mövzunun əhəmiyyətindən danışılıb. Bu cür maarifləndirmə tədbirlərinin vacilbiyi diqqətə çatdırılıb. Hərbi qulluqçular arasında vətənpərvərlik ruhunun yüksəldilməsində mənəvi dəyərlərin rolu xüsusilə qeyd edilib.