Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
13.07.2023 / Bölgə xəbərləri

Ağcabədidə yerləşən hərbi hissədə dini radikalizm mövzusu müzakirə olunub

İyulun 12-də Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsi və “N” saylı hərbi hissənin birgə təşkilatçılığı ilə “Dini fanatizm, radikalizm və ekstremizmin mahiyyəti və təhlükələri” mövzusunda tədbir keçirilib.

Tədbirdə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsinin əməkdaşı Cavid Məlikzadə, hərbi hissənin İdeoloji iş və mənəvi-psixoloji təminat üzrə bölmə rəisi, mayor Yalçın Ağayev, eləcə də zabit, gizir və əsgər heyəti iştirak edib.

Çıxış edən natiqlər dini fanatizm, radikalizm və ekstremizmin mahiyyəti və təhlükələri barədə məlumat veriblər. Bu istiqamətdə həyata keçirilən tədbirlərdən bəhs ediblər.  Eyni zamanda xalqımızın zəngin milli-mənəvi, tolerant və multikultural dəyərlərinin gənclər arasında fəal təbliğ edilməsinin əhəmiyyətini diqqətə çatdırılıb.