Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
14.11.2022 / Bölgə xəbərləri

Ağcabədidə “Uşaq hüquqları aylığı” çərçivəsində tədbir keçirilib

Noyabr 11-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsi, Ağcabədi Rayon İcra Hakimiyyəti və Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə 3-saylı tam orta məktəbdə “Uşaq hüquqları aylığı” çərçivəsində “Uşaq hüquqlarının qorunması: erkən nikah problemi və ona qarşı mübarizə yolları” mövzusunda tədbir keçirilib.

Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsinin əməkdaşı Cavid Məlikzadə, Ağcabədi rayon İcra Hakimiyyəti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Vüsalə Məmmədova, Hüquq şöbəsinin əməkdaşı Turqut Quluzadə, Təhsil şöbəsinin nümayəndəsi Rəna Abdullayeva və yuxarı sinif şagirdləri iştirak ediblər.

Çıxışlarda erkən nikahın verdiyi fəsadlar haqqında danışılaraq bildirilib ki, qız uşaqlarının erkən nikaha cəlb olunması  nəticəsində onlar həm təhsildən uzaqlaşdırılır, həm də ailə məsuliyyətini dərk etmədən belə bir ağır yükü daşımaq məcburiyyətində qalırlar.

Tədbir diskussiya şəklində davam etdirilib.