Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
29.11.2024 / Bölgə xəbərləri

Ağcabədidə tələbələrin iştirakı ilə maarifləndirmə tədbiri keçirilib

Noyabrın 28-də Ağcabədi Pedaqoji Kollecində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Qarabağ və Şərqi Zəngəzur regional bölməsi və Ağcabədi Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Məişət zorakılığının qarşısının alınması və onunla mübarizə” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dövlət Komitəsinin Qarabağ və Şərqi Zəngəzur regional bölməsinin müdiri vəzifəsini icra edən Əlizadə Nəcəfov, müəllimlər və tələbələr iştirak ediblər.
Natiqlər məişət zorakılığının qarşısını almaq üçün qabaqlayıcı tədbirlərin görülməsinin zəruriliyindən danışıblar. Vurğulanıb ki, məişət zorakılığı və ya ailədaxili zorakılıq halları yanlız bir ailə üçün deyil, bütövlükdə cəmiyyət üçün təhlükəlidir. Məişət zorakılığı probleminin həlli hərtərəfli yanaşma və məqsədli tədbirlərin həyata keçirilməsini tələb edir.
Tədbir iştirakçıların suallarının cavablandırılması ilə davam etdirilib.