Ağcabədidə maarifləndirmə tədbiri keçirilib
Fevralın 22-də Ağcabədi rayon Pərioğullar kənd tam orta məktəbində dini radikalizm mövzusu müzakirə olunub.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsinin əməkdaşı Cavid Məlikzadə, Ağcabədi Rayon Polis Şöbəsinin məsul əməkdaşları, Gənclər üçün Təhsil Mərkəzi Qarabağ regional ofisinin rəhbəri Radə Qafarova, Qarabağ Regional Təhsil İdarəsi Ağcabədi rayon üzrə Təhsil sektorunun metodisti Tofiq Zeynalov, Pərioğullar kənd tam orta məktəbinin müəllim və şagirdləri iştirak ediblər.
Çıxışlarda dini radakalizmin mahiyyətindən bəhs olunub. Bu istiqamətdə maarifləndirmə işinin əhəmiyyəti vurğulanıb.



