Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
19.01.2024 / Bölgə xəbərləri

Ağcabədidə maarifləndirmə tədbiri keçirilib

Yanvarın 19-da Ağcabədi rayonu Məmməd Əsədov adına 5 saylı tam orta məktəbində “Dini radikalizm, narkomaniya və zərərli vədişlərə qarşı mübarizə” mövzusunda tədbir keçirilib.

Tədbirdə Rayon Polis Şöbəsi rəisinin birinci müavini Elmir Dəmirçiyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsinin əməkdaşı Cavid Məlikzadə, məktəbin müəllim və şagirdləri iştirak ediblər.

Çıxışlarda dini radikalizm, zərərli vərdişlər və onların fəsadlarından bəhs olunub. Natiqlər yeniyetmə və gənclərin zərərli vərdişlərin, dini radikalizmin təsirlərindən qorunması istiqamətində həyata keçirilən tədbirlərin əhəmiyyətindən danışıblar.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.