Abşerondakı hərbi hissədə maarifləndirmə tədbiri keçirilib
Noyabrın 17-də Abşeron rayonunda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Abşeron-Xızı regional bölməsi və Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin birgə təşkilatçılığı ilə “Dinin siyasiləşdirilməsinin milli maraqlarımıza və mənəvi dəyərlərimizə təhlükələri” mövzusunda tədbir keçirilib.
Tədbirdə Dövlət Komitəsinin regional bölməsinin aparıcı məsləhətçisi Təbib Məmmədov, din xadimi Ziyad Hüseynov, eyni zamanda hərbi hissənin şəxsi heyəti iştirak edib.
Natiqlər dinin siyasiləşdirilməsi, dini fanatizm, radikalizm və ekstremizmin mahiyyəti və təhlükələri barədə məlumat veriblər. Bu istiqamətdə həyata keçirilən tədbirlərdən bəhs edilib. Radikal dini təsirlərdən və yad dini ideologiyalardan qorunmanın vacibliyi qeyd edilərək, xalqımızın zəngin milli-mənəvi, tolerant və multikultural dəyərlərinin fəal təbliğ edilməsinin əhəmiyyəti diqqətə çatdırılıb.