Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
10.09.2024 / Bölgə xəbərləri

Abşerondakı hərbi hissədə maarifləndirmə tədbiri keçirilib

Sentyabrın 9-də Abşeronda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Abşeron-Xızı regional bölməsinin və Müdafiə Nazirliyinin Abşeron rayonunda yerləşən N saylı hərbi hissəsinin birgə təşkilatçılığı ilə “İntihar və özünə qəsd etmənin psixoloji aspektləri” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirdə Dövlət Komitəsinin Abşeron-Xızı regional bölməsinin müdiri Yalçın Abdullayev, bölmənin əməkdaşı Təbib Məmmədov, hərbi hissənin zabiti Rüfət Səidov,  Məmmədli kəndi “Şahsevən” məscidinin imamı Bəşir Mansurov, eləcə də hərbi qulluqçular iştirak ediblər. 

Çıxışlarda intihar və özünəqəsd hadisələrinin qarşısının alınması istiqamətində görülən işlərdən bəhs olunub. İslam dinində özünə qəsd etmənin ən böyük günahlardan sayıldığı vurğulanıb.

Tədbir iştirakçıların suallarının cavablandırılması ilə sona çatıb.