Abşeronda“Gənclər və dini dəyərlər: maarifləndirmə, kimlik və sosial məsuliyyət” mövzusu müzakirə edilib
Fevralın 21-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Abşeron-Xızı regional bölməsinin, Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Abşeron rayonu, Xırdalan şəhəri, 5 nömrəli tam orta məktəbdə “Gənclər və dini dəyərlər: maarifləndirmə, kimlik və sosial məsuliyyət” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dövlət Komitəsinin Abşeron-Xızı regional bölməsinin məsləhətçisi Azər Tağıyev, Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsinin əməkdaşı Elyanar Hüseynov, məktəbin müəllim və şagirdləri iştirak ediblər.
Tədbir Vətənimizin azadlığı və bütövlüyü uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsinin yad edilməsi ilə başlanıb.
Çıxışlarda gənc nəslin tərbiyəsində milli mənəvi dəyərlərimizin əhəmiyyəti, zərərli dini cərəyanların fəsadları, gənclərin yad dini-ideoloji təsirlərdən qorunması məsələləri haqda danışılıb. Qeyd olunub ki, gənclərin sağlam və etibarlı gələcəyi, onların vətənpərvər ruhda tərbiyələndirilməsi işi daim öz aktuallığını qorumalıdır. Sonda məktəblilərin sualları cavablandırılıb.

