Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
28.04.2025 / Bölgə xəbərləri

Abşeronda təhsil işçilərinin iştirakı ilə maarifləndirmə tədbiri təşkil olunub

Aprelin 28-də Abşeron rayonunun Novxanı qəsəbə 2 saylı tam orta məktəbdə “Dinin hüquqi normalarla uyğunluğu: etiqad azadlığı və məsuliyyət” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirdə Dini Qurumlarla İş Aüzrə Dövlət Komitəsinin Abşeron-Xızı regional bölməsinin əməkdaşı Əlizamin Şıxəliyev, Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnar Rəhimova, Rayon Polis İdarəsinin baş inspektoru Elbrus Əhmədov, məktəbin müəllimləri və yuxarı sinif şagirdləri iştirak ediblər.

Çıxışlarda dövlətin dinə münasibəti, din sahəsində dövlət siyasətinin həyata keçirilməsi, dini etiqad azadlığı prinsiplərinin qorunması, dövlət-din münasibətlərinin qanunvericilik əsasında tənzimlənməsi istiqamətində aparılan işlərə xüsusi diqqət çəkilib. Həmçinin insan hüquq və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi kimi bəyan edən ilk Konstitusiyamızın Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə qəbul olunduğu, Azərbaycanda mövcud olan dinlərarası, məzhəblərarası sülh, əmin-amanlıq və qarşılıqlı hörmət çərçivəsində birgəyaşayış modelinin bütün dünyaya nümunə olduğu vurğulanıb.