Abşeronda "Məktəblilərin mənəvi dünyagörüşünə təsir edən amillər" mövzusunda tədbir keçirilib
Noyabrın 25-də Abşeron rayonu, Qobu qəsəbə Qəzənfər Xalıqov adına 1 nömrəli tam orta məktəbində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Abşeron-Xızı regional bölməsinin təşkilatçılığı ilə “Məktəblilərin mənəvi dünyagörüşünə təsir edən amillər” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dövlət Komitəsinin Abşeron-Xızı regional bölməsinin əməkdaşları Namiq Musayev, Azər Tağıyev, Qobu qəsəbəsi "İmam Hüseyn" məscidinin imamı Əlihüseyin Abasov, məktəbin müəllimləri və şagirdləri iştiak ediblər.
Çıxışlar zamanı məktəblilərin mənəvi dünyagörüşünə təsir edən amillər haqqında ətraflı məlumat verilib. Bildirilib ki, gənclərin zərərli vərdişlərdən və radikal dini təsirlərdən qorunmasında onların mənəvi dünyagörüşlərinin inkişaf etdirilməsi olduqca vacibdir.
Tədbirin sonunda mövzu ilə bağlı fikir mübadiləsi aparılıb.




