Abşeronda maarifləndirmə tədbiri keçirilib
Noyabrın 6-da Abşeron rayonunda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Abşeron-Xızı regional bölməsinin və Abşeron rayonu Masazır qəsəbə məscidi dini icmasının birgə təşkilatçılığı ilə “Qloballaşma dövründə gənclər arasında milli ailə dəyərlərinin əhəmiyyəti” mövzusunda maarifləndirmə tədbiri keçirilib.
Tədbirdə Dövlət Komitəsinin Abşeron-Xızı regional bölməsinin baş məsləhətçisi Ülkər Mövsümlü, qadın dini ayinlərin icraçıları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Çıxışlarda maarifləndirmə tədbirlərinin önəmindən danışılıb. Bu istiqamətdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və din xadimlərinin gördüyü işlərdən bəhs olunub. Eyni zamanda vurğulanıb ki, ailə dəyərlərimizin təbliğində ictimai rəyi formalaşdıran medianın üzərinə böyük vəzifələr düşür.


