Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
08.02.2017 / Bölgə xəbərləri

Abşeronda maarifləndirmə tədbiri keçirilib

Fevralın 8-də Abşeron rayonu Saray qəsəbəsi “Cümə” məscidi dini icması tərəfindən “Milli-mənəvi dəyərlərimiz və radikalizmə qarşı mübarizə” layihəsi çərçivəsində “Dini fanatizmin və xurafatçılığın zərərləri” mövzusunda növbəti maarifləndirici  tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Sumqayıt bölgəsi üzrə şöbəsinin əməkdaşları Orxan Axundov, Şahlar Məmmədov, “Cümə” məscidi dini icmasının sədri və axundu Qalib Tahirov, dindarlar, ziyalılar və gənclər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan dini icmanın sədri Qalib Tahirov mövzu ilə bağlı məlumat verib. Q.Tahirov çıxışında qeyd edib ki, fanatizmin və xurafatçılığın İslam dinindən uzaq tutulması dinimizin paklığının qorunmasında mühüm rol oynayır.
Daha sonra çıxış edən DQİDK-nın Sumqayıt bölgəsi üzrə şöbəsinin əməkdaşı Şahlar Məmmədov müasir dünyamızda baş verən qarşıdurmalara diqqət çəkərək dini xurafatçılığın bu işdəki rolundan danışıb. O, bu cür problemlərin həllində maarifləndirmənin mühümlüyünü vurğulayıb.
Sonda tədbir iştirakçıları mövzu ilə bağlı öz fikirlərini bildiriblər.