Abşeronda maarifləndirici tədbir keçirilib
Avqustun 5-də Abşeron rayonunun Xırdalan şəhərində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Abşeron-Xızı regional bölməsinin təşkilatçılığı ilə “Reproduktiv hüquqlar haqqında biliklərin vacibliyi: sağlam və şüurlu ailə” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dövlət Komitəsinin Abşeron-Xızı regional bölməsinin baş məsləhətçisi Ülkər Mövsümlü, Rayon İcra Hakimiyyətinin nümayəndəsi Şükufə Məmmədova, Xırdalan şəhər məscidinin qadın dini ayinlərinin icraçısı Lalə Mehdiyeva və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Çıxışlarda reproduktiv hüquqlardan danışılıb, eyni zamanda ailə dəyərlərinin vacibliyi vurğulanıb. Gənclər və ailələr üçün bu sahədə maarifləndirmənin önəmi qeyd olunub. İslam dinində ailə institutunun rolu, valideyn məsuliyyəti və sağlam ailənin formalaşmasında qadının mövqeyi haqqında ətraflı məlumat verilib.