Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
15.04.2025 / Bölgə xəbərləri

Abşeronda dini radikalizm mövzusu müzakirə olunub

Aprelin 15-də Abşeron rayonunun Saray qəsəbə 1 saylı tam orta məktəbində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Abşeron-Xızı regional bölməsi, Rayon Polis İdarəsi və Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə “Yeniyetmə və gəncləri radikalizmdən qoruyaq!” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dövlət Komitəsinin Abşeron-Xızı regional bölməsinin baş məsləhətçisi Namiq Musayev, Rayon Polis İdarəsinin baş inspektoru Elbrus Əhmədov, Regional Təhsil İdarəsinin əməkdaşı Könül Nəcəfova, müəllimlər və şagirdlər iştirak ediblər.
Çıxışlararda dini radikalizmlə mübarizə sahəsində görülən işlərdən danışılıb. Bu sahədə maarifləndirmənin əhəmiyyəti vurğulanıb.

Sonda iştirakçıların sualları cavablandırılıb.