Abşeronda “Ailə dəyərləri: cəmiyyətin təməli və gələcəyin təminatı” mövzusu müzakirə olunub
Sentyabrın 5-də Abşeron rayonu, Xırdalan şəhərində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Abşeron-Xızı regional bölməsinin təşkilatçılığı ilə “Ailə dəyərləri: cəmiyyətin təməli və gələcəyin təminatı” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dövlət Komitəsinin Abşeron-Xızı regional bölməsinin baş məsləhətçisi Ülkər Mövsümlü, Abşeron Rayon Polis İdarəsinin əməkdaşı Xəyalə Əsgərova, Xırdalan şəhər məscidinin qadın dini ayinlərinin icraçısı Lalə Mehdiyeva və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Çıxış edənlər ailə institutunun cəmiyyət üçün əhəmiyyətindən, sağlam ailə münasibətlərinin formalaşdırılmasında milli-mənəvi dəyərlərin rolundan bəhs olunub. Eyni zamanda gənclərin düzgün istiqamətləndirilməsinin vacibliyindən danışılıb. Ailə institutunun cəmiyyətdəki rolu, milli-mənəvi dəyərlərin qorunması və gənclərin düzgün tərbiyəsində ailənin əhəmiyyəti barədə ətraflı məlumat verilib.