Abşeron rayonundakı "N" saylı hərbi hissədə maarifləndirmə tədbiri keçirilib
Yanvarın 30-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Abşeron-Xızı regional bölməsinin və Müdafiə Nazirliyinin Abşeron rayonunda yerləşən "N" saylı hərbi hissəsinin birgə təşkilatçılığı ilə “Vətənpərvərlik nümunəsi: qazilik və şəhidlik məqamı” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dövlət Komitəsinin Abşeron-Xızı regional bölməsinin müdiri Yalçın Abdullayev, bölmənin əməkdaşı Təbib Məmmədov, Sumqayıt şəhər “Cümə” məscidinin imamı Gülağa İsmayılov və şəxsi heyət iştirak edib.
Çıxışlarda bildirilib ki, 44 günlük Vətən müharibəsində Ermənistanın 30 ilə yaxın davam edən işğalına son qoymaq üçün Azərbaycan xalqı Müzəffər Ali Baş Komandan, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin ətrafında bir yumruq kimi birləşərək, düşmən üzərində qələbə qazandı. Qeyd olunub ki, 2023-cü ilin 19-20 sentyabr tarixlərində aparılan antiterror əməliyyatları nəticəsində isə ölkəmizin suverenliyi tam olaraq bərpa edildi. Diqqətə çatdırılıb ki, xalqımız respublikamızın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizi heç zaman unutmayacaqdır.
Tədbir müzakirələr ilə yekunlaşıb.

