Abşeron rayonunda maarifləndirici tədbir keçirilib
Fevralın 25-də Abşeron rayon Masazır qəsəbə məscidində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Abşeron-Xızı regional bölməsinin təşkilatçılığı ilə “Xocalı soyqırımı-tarixin qan yaddaşı” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dövlət Komitəsinin Abşeron-Xızı regional bölməsinin əməkdaşları Namiq Musayev, Azər Tağıyev və Əlizamin Şıxəliyev, Masazır qəsəbə məscidinin imamı Hüseyn Hüseynov və qəsəbə sakinləri iştirak ediblər.
Tədbir Vətənimizin azadlığı və bütövlüyü uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsinin yad edilməsi ilə başlanıb. Çıxışlarda bu gün Xocalıda həyat yenidən canlanmasının və soyqırımı qurbanlarının, şəhidlərimizin qanlarının yerdə qalmadığı vurğulanıb. Şəhidlərimizin qisasının döyüş meydanında alındığı diqqətə çatdırılıb. Xocalıda dalğalanan bayrağımızın bu cinayəti törədənlərə ən layiqli cavab olması da qeyd edilib.




