Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
04.11.2023 / Bölgə xəbərləri

8 Noyabr - Zəfər Günü ilə əlaqədar tədbirlər keçirilir

8 Noyabr – Zəfər Günü ilə əlaqədar bölgələrdə silsilə tədbirlər keçirilir.

 

Yardımlı, 04.11.2023: Anzov kənd tam orta məktəbində "Zəfərə aparan yol: milli və dini həmrəylik" mövzusu müzakirə olunub. Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Masallı bölgəsi üzrə şöbəsinin əməkdaşı Pərvin İmanov, rayon Gənclər və İdman sektorunun müdiri Şəhriyar Şabıyev, müəllimlər, şagirdlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

***

Sumqayıt şəhəri və Abşeron rayonu, 04.11.2023: DQİDK-nın bölgə şöbəsinin müdiri Yalçın Abdullayev, şöbənin əməkdaşları, din xadimləri və dini konfessiyaların nümayəndələrinin iştirakı ilə Zəfər Günü ilə bağlı tədbirlər keçirilib, Şəhidlərimizin əziz xatirəsi yad edilib.

***

Ağdaş rayonu, 04.11.2023: DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşı Asif Ədilov, Ağdaş Rayon İcra Hakimiyyətinin  böyük məsləhətçisi Mahir Musayev, din xadimləri, şəhid ailələrinin üzvləri, eləcə də ictimaiyyət nümayəndələrinin iştirakı ilə “8 Noyabr Zəfər günü: milli və mənəvi həmrəyliyin zirvəsi” mövzusu müzakirə olunub.

***

Quba rayonu, 04.11.2023: “İnamlı Zəfər, milli-mənəvi həmrəyliyin Şuşa zirvəsi” mövzusunda regional konfrans keçirilib. Tədbirə DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdiri Ramin Xudayev, İnsan Hüquqları üzrə Müvəkkilin Şimal regional mərkəzinin rəhbəri Bəhruz Əfəndiyev, Quba Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Anar Məmmədov, Qafqaz Müsəlmanları İdarəsinin Quba, Qusar və Xaçmaz rayonları üzrə qazısı Naib Səttarov, regionun din xadimləri, dini icmaların üzvləri, həmçinin ictimaiyyət nümayəndələri qatılıblar.

 

Çıxışlarda qeyd olunub ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər tariximizə qızıl hərflərlə yazılıb. O da vurğulanıb ki, bu müqəddəs Zəfər yolunda şəhid olan igidlərimizin ailələri, qazilər və veteranlar daim dövlətimizin xüsusi diqqət və qayğısı ilə əhatə olunur. Göstərilən diqqət və bu istiqamətdə həyata keçirilən tədbirlər dövlət siyasətində prioritet təşkil edir.