Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
27.05.2024 / Bölgə xəbərləri

28 May - Müstəqillik Günü ilə əlaqədar regionlarda silsilə tədbirlər keçirilib

28 may - Müstəqillik Günü ilə əlaqədar Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) bölgə şöbələri və müvafiq qurumların birgə təşkilatçılığı ilə respublikamızın regionlarında silsilə tədbirlər keçirilib.

Göyçay, Ucar, Kürdəmir, Zərdab, Goranboy, Oğuz, Siyəzən, Balakən, Saatlı, İmişli, Tovuz, Şabran, Bərdə və Qax rayonlarında baş tutan tədbirlərdə DQİDK-nın bölgə şöbələrinin müdirləri, şöbələrin əməkdaşları, din xadimləri, dini icma sədrləri, gənclər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Çıxışlar zamanı qeyd edilib ki, 28 May – Müstəqillik Günü hər bir Azərbaycan vətəndaşının qürur mənbəyi olan bir gündür. 1918-ci il mayın 28-də mürəkkəb siyasi-hərbi şəraitdə yaşayan xalqımız Şərqin ilk demokratik, hüquqi, dünyəvi və parlamentli respublikasını yaradıb. Eyni zamanda ötən əsrin sonunda Ümummilli Lider Heydər Əliyevin böyük çətinliklər bahasına müstəqilliyimizin qorunması və möhkəmləndirilməsi istiqamətində apardığı müdrik siyasətdən geniş söhbət açılıb, o da vurğulanıb ki, Cümhuriyyət dövrünün mirası olan üçrəngli bayrağımız suverən Azərbaycanda – ölkəmizin hər bir şəhər və kəndində dalğalanmaqdadır.

Tədbirlər müzakirələrlə davam edib.