Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
27.09.2022 / Bölgə xəbərləri

27 Sentyabr - Anım Günü ilə əlaqədar bölgələrdə silsilə tədbirlər keçirilib

27 Sentyabr - Anım Günü ilə əlaqədar bölgələrdə silsilə tədbirlər keçirilib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) İmişli bölgəsi üzrə şöbəsi, Saatlı rayonu Gənclər Evi sosial xidmət müəssisəsi, rayon Gənclər və İdman İdarəsi, Rayon Heydər Əliyev Mərkəzi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Saatlı nümayəndəliyinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşı Elvin İbrahimov, Saatlı Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Mehriban Ağayeva, rayonun idarə və müəssisə rəhbərləri, şəhid ailələri, qazilər və peşə liseyinin şagirdləri, DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsi və Ağdaş rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin birgə təşkilatçılığı ilə baş tutan anım tədbirində isə Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşı Asif Ədilov, Ağdaş rayonu Aşağı Nemətabad kənd məscidinin icma sədri Məhəmməd Abdurrahmanov, mədəniyyət işçiləri, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər. Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbəsi və Mingəçevir Bələdiyyəsinin birgə təşkilatçılığı ilə də anım tədbiri baş tutub. Tədbirdə  DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşı Əlisa Fərəcov, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Şurası, Azərbaycan Vətən Müharibəsi İctimai Birliyi, Qarabağ Qaziləri İctimai Birliyi, Qarabağ Əlillərinə Qayğı İctimai Birliyinin üzvləri və məscidlərin rəsmi din xadimləri iştirak ediblər.   

Əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxışlarda Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin ərazi bütövlüyünün bərpa olunmasından bəhs olunub. Qeyd edilib ki, 30 ilə yaxın bir müddət ərzində BMT tərəfindən qəbul olunan qətnamələr işğalçı ölkə tərəfindən icra olunmayıb. O da vurğulanıb ki, Ordumuzun şücayəti hesabına ərazi bütövlüyümüzü bərpa etdik.