“Könüllümüz ol” layihəsinin bir qrup iştirakçısına sertifikatlar təqdim olunub
İyulun 2-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) təcrübə keçmiş “Könüllümüz ol” layihəsinin bir qrup iştirakçısına sertifikatlar təqdim olunub.
Dövlət Komitəsinin Ümumi şöbəsinin müdiri Amil Cavadov Prezident İlham Əliyevin gənclərin inkişafına yönələn dövlət siyasətini daim diqqət mərkəzində saxlamasından, bu istiqamətdə respublikamızda görülən işlərdən bəhs edib. O bildirib ki, dövlət başçısı tərəfindən dövlət orqanlarının qarşısına gənclərin potensialından daha səmərəli istifadə etmək, cəmiyyətin bütün sahələrində onların fəal iştirakına şərait yaratmaq, gənclərə peşə vərdişlərini aşılamaq və təcrübi biliklərini artırmaq vəzifəsi qoyulub. Şöbə müdiri bu məqsədlə DQİDK tərəfindən 1 il müddətində “Könüllü fəaliyyət” layihəsinin reallaşdırıldığını deyib.
Təcrübə kursunu müvəffəqiyyətlə başa vurmuş gənclərə təbriklərini çatdıran Amil Cavadov onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Daha sonra könüllülərə sertifikatlar təqdim edilib.