Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
23.07.2025 / "AMİN könüllüləri”

Dövlət Komitəsinin “AMİN” könüllüləri regional bölmə və dini ibadətgahlarda təcrübə keçiblər

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin “AMİN” könüllüləri yay ayları ərzində asudə vaxtlarını səmərəli keçirmələri məqsədilə təcrübə proqramına cəlb ediliblər.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı, Quba-Xaçmaz, Mil-Muğan, Masallı, Göyçay, Dağlıq Şirvan regional bölmələrində, dini ibadətgahlarda könüllülərin yaşadıqları ərazi üzrə təcrübə keçmələri təmin edilib.

Gənclərin potensialından daha səmərəli istifadə etmək, bütün sahələrdə fəal iştirakına şərait yaratmaq, peşə vərdişlərini aşılamaq və təcrübi biliklərini artırmaq, onların yaradıcı, innovativ potensialının üzə çıxarılmasını dəstəkləmək məqsədilə keçirilən təcrübə proqramına 15-ə yaxın könüllü qoşulub.

Təcrübə müddətində könüllülər peşəkar əməkdaşlarla birlikdə çalışıb, monitorinqlərdə, həmçinin ixtisaslarına uyğun olaraq dini ayinlərin icrasında iştirak ediblər.