Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
16.03.2026 / "AMİN könüllüləri”

“AMİN” könüllüləri üçün növbəti təlim keçirilib

Martın 13-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin “AMİN” könüllüləri üçün “Könüllü və brend təmsilçiliyi” mövzusunda təlim keçirilib.

Təlimin məqsədi könüllülərə təşkilatı düzgün təmsil etmə, ictimai ünsiyyət bacarıqları, komanda işi və brend dəyərlərinin qorunması ilə bağlı məlumatları təqdim etməkdir.

Təlim zamanı qeyd olunub ki, könüllülər fəaliyyət göstərdikləri müddətdə yalnız fərdi deyil, həm də təmsil etdikləri qurumun dəyərlərini və prinsiplərini cəmiyyətdə təmsil edirlər. Buna görə də onların davranışı, ünsiyyət tərzi və məsuliyyətli fəaliyyəti təşkilatın nüfuzuna birbaşa təsir göstərir.

Təlim interaktiv müzakirələr, praktiki nümunələr və iştirakçıların suallarının cavablandırılması ilə davam edib.