AMİN könüllüləri “Azərbaycan Könüllülərinin VIII Həmrəylik Forumu”nda təmsil olunublar
Dekabrın 4-də Bakı Konqres Mərkəzində “Konstitusiya və Suverenlik İli”nə həsr olunan və 3500-ə yaxın Azərbaycan könüllüsünü bir araya toplayan “Azərbaycan Könüllülərinin VIII Həmrəylik Forumu” baş tutub. Foruma Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin AMİN könüllüləri də qatılıb.
Könüllülüləri cəmiyyətin inkişafına daha fəal şəkildə qatılmağa təşviq edərək sosial məsuliyyətlərini artırmaq məqsədilə keçirilən forumda ölkədə fəaliyyət göstərən könüllü təşkilatlarının sərgisi keçirilib.
Forum çərçivəsində könüllülük fəaliyyətinin qiymətləndirilməsinə və gənclərin sosial məsuliyyətlərinin təşviqinə yönəlmiş önəmli addım olaraq 50-dən çox könüllü gənc 2025-ci il üzrə “İlin Könüllüsü” mükafatı ilə təltif olunub. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin AMİN könüllüsü Səid Nəsirli "Dövlət qurumlarında könüllülük" nominasiyası üzrə "İlin könüllüsü" mükafatına layiq görülüb.




