Mübariz Qurbanlı: "Azərbaycanda tolerantlıq bir ənənədir"
"Azərbaycanın tolerantlığı dünyanın 28 ölkəsində tədris olunur".Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib.
Mübariz Qurbanlı deyib ki, Azərbaycanda tolerantlıq bir ənənədir, dövlət siyasətidir. Komitə sədri əlavə edib ki, son 15 ildə dünyada 57 min terror hadisəsi baş verib: “Bu hadisələrin 2 minini ermənilər azərbaycanlılara qarşı törədiblər. Qafqazda ən qaynar münaqişələrdən biri Dağlıq Qarabağ münaqişəsidir. Bu münaqişə nəticəsində Ermənistan Azərbaycan torpaqlarını işğal edib, yüz minlərlə insanı milli, dini zəmində zorakılığa məruz qoyub".