Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
11.05.2017 / Açıqlama

Komitə sədri: "Milli ideologiyamızın praktik tətbiqi Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır"

"Əsas məqsədi Azərbaycançılıq olan milli ideologiyamızın praktik tətbiqi Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır." Bunu ASAN Radioya eksklüziv müsahibəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.
Komitə sədri bildirib ki, eyni zamanda bizim milli-mənəvi dəyərlərimiz içərisində dinimiz çox mühüm yer tutur. Ulu Öndər Heydər Əliyev bizim milli-mənəvi dəyərlərimiz və sərvətlərimiz baxımından fikirlərini səsləndirərkən, - müstəqilliyimiz, milli ideologiyamızı milli sərvətimiz, həmçinin İslam dinini Azərbaycan xalqının mənəvi sərvətləri sırasında qeyd etmişdir.