Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
08.10.2020 / Açıqlama

DQİDK-nın şöbə müdiri Amil Cavadov: "Tezliklə bayrağımız Xankəndində, Şuşada dalğalanacaq"

"Ali Baş Komandanın rəhbərliyi ilə Milli Ordumuz düşmənin layiqli cavabını verir"

 

Ermənistanın silahlı qüvvələrinin Azərbaycana növbəti hücumu bir daha bu ölkənin işğalçılıq mahiyyətini, sülhdən uzaq olmasını sübut edir. Ancaq sevindirici haldır ki, Ali Baş Komandan, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə Milli Ordumuz düşmənin layiqli cavabını verir. Düşmən ordusu şəhərlərimizi, kəndlərimizi atəşə tutub qorxu-vahimə hissi yaratmaq istəsə də, buna nail ola bilmədi. Əksinə, torpaqlarımızın işğaldan azad olunması xəbərləri hər bir azərbaycanlının sevincinə səbəb olur.

Bu gün müstəqil Azərbaycanın üçrəngli bayrağı işğaldan azad olunmuş torpaqlarımızda dalğalanır. Xalqımız, dövlətimiz Silahlı Qüvvələrimizlə həmrəylik nümayiş etdirir ki, bu da öz növbəsində əsgərlərimizdə ruh yüksəkliyinə səbəb olur. Əminliklə deyə bilərik ki, yaxın zamanlarda işğal altında olan bütün torpaqlarımız mənfur düşmənlərdən təmizlənəcək, 30 ilə yaxındır torpaq həsrəti yaşayan soydaşlarımız öz ata yurdlarına  qayıdacaqlar. Artıq şübhə yoxdur ki, tezliklə bayrağımız Xankəndində, Şuşada dalğalanacaq. Bu sevinci bizə yaşatdığına görə ölkə Prezidentinə dərin təşəkkürümüzü bildiririk. Var olsun Ali Baş Komandanımız! Var olsun yağı düşməni ağır məğlubiyyətlərə uğradan Milli Ordumuz! Qarabağ Azərbaycandır!

 

Amil Cavadov

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri, YAP Gənclər Birliyinin Şura üzvü