Dövlət Komitəsinin sədri Türkiyənin "Yeni Şafak" qəzetinə açıqlama verib
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Türkiyənin "Yeni Şafak" qəzetinə işğal olunmuş torpaqlarımızda erməni vandalizminə məruz qalan mədəni, tarixi, dini abidələrimizlə bağlı açıqlama verib. Fotofaktların da yer aldığı “Kültürel soykırım” başlıqlı yazıda Komitə sədri bildirib ki, Azərbaycanın işğal olunmuş ərazilərində yerləşən maddi-mədəniyyət nümunələrini, o cümlədən tarixi-dini abidələri məhv etmək Ermənistanın təcavüzkar siyasətinin tərkib hissələrindən biridir. Ermənistan Azərbaycan xalqına məxsus tarixi-dini abidələrə qarşı təcavüzünü müxtəlif istiqamətlərdə aparır. Belə ki, milli mənsubiyyəti və dini ənənələri özündə əks etdirən abidələrin tamamilə dağıdılmış və ya erməniləşdirilməsinə, özgələşdirilib dəyişdirilməsinə cəhdlər edilmişdir. İşğal altındakı müsəlman dini kimliyinə aid olan abidələr, o cümlədən digər mədəniyyət nümunələri dağıdılmaqla yanaşı, həm də təhqir olunur. Ermənilərin səbəb olduğu vandalizm aktlarının dünya ictimaiyyətinə çatdırılması üçün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən 6 ayrı dildə kitabların çap edildiyini vurğulayan Mübariz Qurbanlı erməni mənbələrinin guya Azərbaycan Ordusunun Şuşada kilsəyə raket zərbəsi endirməsi haqda yalan məlumatlara da münasibət bildirib. Diqqətə çatdırıb ki, Azərbaycan tarixən milli-mənəvi cəhətdən zəngin, müxtəlif dil, din və mədəniyyətlərin sərbəst şəkildə inkişaf etdiyi məkanlardan biridir. Bakının mərkəzində Azərbaycan hökuməti tərəfindən bərpa edilmiş erməni kilsəsi var. Bu ermənilərin münaqişəyə dini çalar vermək cəhdidir.
Açıqlama ilə daha ətraflı aşağıdakı link vasitəsilə tanış ola bilərsiniz:

