Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı: Azərbaycanda ayinlər öz dinlərinə uyğun məbədlərdə icra olunmalıdır
Azərbaycanda ayinlər hər biri ayrı-ayrılıqda öz dinlərinə məxsus məbədlərdə icra olunmalıdır.
Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.
Onun sözlərinə görə, Xristianlıq kilsələrdə, Yəhudilik isə sinaqoqda icra olunmalıdır: "Burada İslam dini ilə başqa dinlər arasında heç bir fərq yoxdur".