Dövlət Komitəsi məscidin bağlanmasını YALANLADI
Maştağa qəsəbəsində yerləşən “Həzrəti Əbülfəz ağa” məscidinin bağlanması ilə bağlı məlumat vermişdik. Məsələ ilə əlaqədar Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə müraciət etdik. Dövlət Komitəsinin mətbuat xidmətindən Modern.az-a verilən açıqlamada bildirilir ki, adıçəkilən məscid bağlanmayıb və bu barədə yayılan məlumatlar əsassızdır.
“Ümumiyyətlə hər hansı bir məscidin bağlanmasından söhbət gedə bilməz. Azərbaycanda məscidlər inşa və bərpa edilir, bağlanmır. Belə bir dezinformasiyaların yayılması düvlətçiliyimizə düşmən mövqeyində duran radikal qüvvələrin dövləti “dinin düşməni” obrazında təqdim etmək cəhdlərinə xidmət edir. Bu kimi xəbərləri uyduranlar maskalarını atmış oldular və məqsdələrini biruzə verdilər – “dini dəyərləri müdafiə” pərdəsi altında icmalardakı boşluqlardan istifadə etməklə, məscidlərə soxulmaq və onların “bağlanması” kimi təxribatçı nəticələrə nail olmaq. Bu fitnəçilikdən başqa bir şey deyil. Lakin bu kimi əməllərin qarşısı qanun çərçivəsində qətiyyətlə alınmışdır və bundan sonra da alınacaqdır.”
2010-cu ildə dövlət qeydiyyatında keçmiş sözügedən məscidin və bir neçə başqa məscidlərin dini icmalarında idarəçilik və şəffaflıq yönündə də problemlərinin vaxtaşırı olduğunu qeyd edən Dövlət Komitəsinin sözçüsü, DQİDK-nin bu problemlərin həlli istiqamətində “yerli hakimiyyət orqanları, həmçinin QMİ ilə birgə və dini etiqad azadlığı haqqında qanunvericiliyin prinsipləri çərçivəsdində, işgüzar qaydada məşğul olduğunu” vurğulamış və sonda “ictimayyəti və dini icma nümayəndəlirini bu kimi təxribatçı məlumatlara uymamağa və ayıq olmağa dəvət etmişdir”