Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
26.05.2017 / Açıqlama

2017-ci il üçün Ramazan ayının təqvimi

Qafqaz Müsəlmanları İdarəsi AMEA Şamaxı Astrofizika Rəsədxanasının hesablamaları əsasında tərtib etdiyi müqəddəs Ramazan ayının təqvimini açıqlayıb. Təqvimdə müqəddəs Ramazan ayı ərzində imsaq və iftar zamanı oxunacaq dualar da yer alıb.
Qafqaz Müsəlmanları İdarəsinin Qazilər Şurasının mayın 24-də verdiyi fətvaya əsasən bu il Azərbaycan Milli Elmlər Akademiyası Şamaxı Astrofizika Rəsədxanasının hesablamalarına əsasən, Ramazan ayının 1-i Ayın görünməsi ilə miladi təqvimlə 2017-ci il mayın 27-nə təsadüf edəcək. Ayın göründüyü andan etibarən Ramazan ayı başlayacaq.