Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
18.10.2024 / Yaşıl dünya naminə həmrəylik ili

“Yaşıl gələcək naminə” aksiyası davam etdirilir

Prezident İlham Əliyev tərəfindən ölkəmizdə elan olunan “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin “Yaşıl gələcək naminə” aksiyası davam etdirilir.

Oktyabrın 18-də aksiya paytaxtın Sabunçu, Qaradağ və Yasamal rayonlarında yerləşən məscidlərin ətrafında keçirilib.

Din xadimləri, dini icma üzvləri və ictimaiyyət nümayəndələrinin iştirak etdikləri aksiya zamanı dini ibadət yerlərinin ətrafında abadlıq və yaşıllaşdırma işləri aparılıb, ağac, gül kolları əkilib.

Qeyd edək ki, bütün bölgələri əhatə etməklə cari ilin may ayından başlayan aksiya müxtəlif konfessiyalara mənsub dini icma üzvlərini ümummilli məsələ ətrafında birləşdirmək, ictimaiyyətin diqqətini ətraf mühitin sağlamlaşdırılmasına, yaşıllıqların artırılmasına yönəltmək məqsədi daşıyır.