Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
20.05.2024 / Yaşıl dünya naminə həmrəylik ili

“Yaşıl gələcək naminə” aksiyası davam etdirilir

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) Prezident İlham Əliyev tərəfindən ölkəmizdə elan olunan “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Yaşıl gələcək naminə” adlı yaşıllaşdırma aksiyasını davam etdirir.

Aksiya çərçivəsində Şirvan şəhəri və Hacıqabul rayonunda yerləşən məscidlərin həyətlərində ağaclar əkilib, eyni zamanda təmizlik işləri aparılıb. Keçirilən aksiyalarda DQİDK-nın bölgə şöbəsinin müdiri Sənan Xəlilov, şöbənin əməkdaşları, regionun din xadimləri, eləcə də dini icma sədrləri iştirak ediblər.

Qeyd edək ki, aksiya çərçivəsində cari ilin may-oktyabr aylarında Bakı şəhərində, eyni zamanda respublikamızın bölgələrində dini icma üzvləri, din xadimləri, dini konfessiyaların nümayəndələri, habelə yerli icra hakimiyyəti orqanları və gənclərin iştirakı ilə silsilə abadlıq, yaşıllaşdırma tədbirləri keçiriləcək.