“Yaşıl gələcək naminə” adlı yaşıllaşdırma aksiyası İmişli və Beyləqan rayonlarında davam etdirilib
Prezident İlham Əliyev tərəfindən ölkəmizdə elan olunan “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən “Yaşıl gələcək naminə” adlı yaşıllaşdırma aksiyası bölgələrdə davam etdirilir.
İyunun 20-də İmişli və Beyləqan rayonlarında yerləşən 20-dən çox dini ibadət evinin ətrafında abadlıq və yaşıllaşdırma işləri aparılıb.
Aksiyada Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin bölgə şöbəsinin əməkdaşları, din xadimləri və dini icma sədrləri iştirak ediblər.
Qeyd edək ki, müxtəlif konfessiyalara mənsub dini icma üzvlərini ümummilli məsələ ətrafında birləşdirmək, ictimaiyyətin diqqətini ətraf mühitin sağlamlaşdırılmasına, yaşıllıqların artırılmasına yönəltmək məqsədi daşıyan aksiya müxtəlif bölgələri əhatə etməklə cari ilin payız aylarına qədər davam edəcək.






