Ucarda “Yaşıl dünyamızı qoruyaq” mövzusunda tədbir keçirilib
Noyabrın 15-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Göyçay regional bölməsi və Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Ucar Gənclər Evində Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar “Yaşıl dünyamızı qoruyaq” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Göyçay regional bölməsinin əməkdaşı Rauf Nəsirov, müvafiq qurumların nümayəndələri, gənclər və din xadmləri iştirak ediblər.
Tədbirdə çıxış edənlər ekoloji balansın qorunması, sağlamlaşdırılması, yaşıllıqların salınması və mühafizəsi, cəmiyyətdə təbiətə qayğını, o cümlədən yetişməkdə olan gənc nəslin təbiətə bağlılığının təmin edilməsinin vacibliyini vurğulayıblar.
Sonda mövzu ətrafında müzakirələr aparılıb.
