Şirvan şəhərində "Multikulturalizm Azərbaycan dövlətinin siyasətidir" mövzusunda tədbir keçirilib
Sentyabrın 16-da Şirvan şəhər Gənclər və İdman İdarəsinin iclas zalında “Multikulturalizm ili” çərçivəsində “Multikulturalizm Azərbaycanın dövlət siyasətidir” mövzusunda seminar keçirilib.
Tədbirdə Şirvan şəhər Gənclər və İdman idarəsinin rəisi Azər Quliyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şirvan bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi vəzifəsini icra edən Mürşüd Rzayev, QHT nümayəndələri və ictimai fəal gənclər iştirak ediblər.
Seminarı giriş sözü ilə açan Şirvan şəhər Gənclər və İdman İdarəsinin rəisi Azər Quliyev qeyd edib ki, Azərbaycan çoxmillətli və çoxkonfessiyalı ölkədir. İdarə rəisi vurğulayıb ki, respublikamızda heç zaman dini və etnik zəmində qarşıdurma baş verməyib.
Daha sonra çıxış edən DQİDK-nın Şirvan bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi vəzifəsini icra edən Mürşüd Rzayev Prezident İlham Əliyevin 2016-cı ilin Azərbaycan Respublikasında “Multikulturalizm ili” elan edilməsi ilə bağlı Sərəncamının əhəmiyyətindən danışıb.
Tədbir fikir mübadiləsi ilə davam etdirilib.
(18).jpg)
.jpg)
(27).jpg)