Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
27.07.2016 / Multikulturalizm ili

Quba rayonu Amsar kəndində “Multikulturalizm, tolerantlıq və dini radikalizmlə mübarizə yolları” mövzusunda tədbir keçirilib

İyulun 26-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsinin və Quba Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Quba rayonu Amsar kəndində “Multikulturalizm, tolerantlıq və dini radikalizmlə mübarizə yolları”  mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nin Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev, Quba Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsininin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Tariyel İbrahimov, Quba RİH başçısının Amsar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Elvin Hüseynov, Quba Rayon Polis Şöbəsinin Amsar İƏD üzrə sahə müvəkkili, polis kapitanı Adıgözəl Adıgözəlov və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev bildirib ki, Azərbaycanda tarix boyu milli və yaxud etnik zəmində qarşıdurma baş verməmişdir. Azərbaycanda hökm sürən bu tolerant mühiti pozmağa can atan qüvvələr öz məkirli fikirlərinə nail olmaq üçün var qüvvələri ilə çalışırlar. Lakin güclü Azərbaycan dövləti və həmrəy Azərbaycan xalqı bu cür qüvvələrin inkişafına heç bir vəchlə imkan vermir.
Quba RİH-in İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Tariyel İbrahimov çıxışında Azərbaycanda mövcud olan multikultural mühitdən, müxtəlif xalqların və etnosların sülh və bərabərlik şəraitində yaşamasından danışaraq, Quba rayonunun da bu cəhətdən zəngin olduğunu və 20-dən çox xalqın yaşadığını bildirib. O, qeyd edib ki, radikalzmi dinə gətirməklə ölkədə dini sabitliyi və tolerant mühiti pozmağa çalışanlar xalqın birliyinin qarşısında geri çəkilməyə məcbur olurlar.
Sonda tədbir iştirakçılarına DQİDK-nın dəstəyi ilə çap edilən maarifləndirici ədəbiyyat hədiyyə edilib.