Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
28.11.2016 / Multikulturalizm ili

BDU-nun İlahiyyat fakültəsində “Multikulturalizm ili” çərçivəsində tədbir keçirilib

Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2016-cı ilin Azərbaycan Respublikasında “Multikulturalizm ili” elan edilməsi haqqında Sərəncamı ilə əlaqədar olaraq tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan fakültənin dekanı, akademik Vasim Məmmədəliyev İslamda multikultural ənənələrdən, Azərbaycan xalqının keçmişdən günümüzə qədər olan tarixindənki tolerantlıq nümunələrindən bəhs edib.
Sonra Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov çıxış edərək xalqımızın multikultural və tolerant dəyərləri haqqında fikirlərini tədbir iştirakçıları ilə bölüşüb.
Tədbir fakültənin müəllimləri Osman Aydınlı və Aqil Şirinovun çıxışları ilə davam edib.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.